Metroya minənlərin nəzərinə! - Bu gündən xətlər ayrılır
“Bakı Metropoliteni” QSC Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlayıb.
Bu gündən metronun “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb. Tikinti işlərinin təxminən 11 ay davam edəcəyi gözlənilir.
Layihənin paytaxtda sərnişin axınına və nəqliyyat istiqamətlərinə təsir göstərəcəyi nəzərə alınaraq, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 6 yeni ekspres avtobus marşrutu təşkil olunub.
Yeni ekspres marşrutlar:
M1 – “Elmlər Akademiyası” – “28 May”;
M2 – “İnşaatçılar” – “Nizami” – “28 May”;
M3 – “20 Yanvar” – “Nizami” – “28 May”;
M4 – “20 Yanvar” – “Koroğlu”;
M5 – “20 Yanvar” – “Gənclik”;
M6 – “Elmlər Akademiyası” – “Gənclik”.
Layihənin əsas məqsədi Qırmızı və Yaşıl xətlər arasında mövcud asılılığı aradan qaldırmaq, stansiyalarda sərnişin sıxlığını azaltmaq, qatarlararası intervalı minimuma endirmək və metroda hərəkətin dayanıqlılığını artırmaqdır.
Mənbə: anews.az