Image

FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara yenidən müraciət edib.

Nazirlik küləkli havada dənizə girməyin təhlükəli olduğunu bildirərək əhalini təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.

FHN həmçinin təhlükə zamanı 112 qaynar xəttinə zəng etməyi tövsiyə edib.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti avqustun 15-də Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq yayıb.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Qubada zəlzələ olub