AB üzvlüyünə tam hazır olacağıq - Kobaxidze
Gürcüstan 2030-cu ilə qədər AB üzvlüyünə digər ölkələrlə müqayisədə daha çox hazır olacaq.
Gundem.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“Məqsədimiz 2030-cu ilə qədər Avropa Birliyinə üzv olmaqdır. Ədalətli yanaşma təmin olunarsa, bu, tamamilə mümkündür. 2030-cu ildə Gürcüstan AB-yə daxil olmağa ən çox hazır olan ölkə olacaq”, - Kobaxidze bildirib.