Kreml cəsədlərin təhvili ilə bağlı məlumat yaydı
Rusiya və Ukrayna arasında ölən hərbçilərin cəsədlərinin təhvil verilməsi üçün təmaslar davam edir, lakin vəziyyət gərgin olaraq qalır.
Gundem.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O qeyd edib ki, tərəflər arasında qarşılıqlı fəaliyyət davam edir, lakin hələlik konkret nəticə yoxdur:
“Kontakt qurulur. Rəqəmlər müqayisə edilir, yekun anlaşma olan kimi, ümid edirik ki, bu mübadilə baş tutacaq”.