Image

Dünya görünməmiş doğum böhranı ilə üz-üzədir

Qlobal doğum göstəriciləri görünməmiş səviyyəyə düşüb, dünyada milyonlarla insan iqtisadi və sosial problem üzündən uşaq sahibi ola bilmir.

Gundem.az xəbər verir ki, bu barədə BMT-nin Əhali Fondunun hesabatında deyilib.

“ABŞ, Hindistan, Braziliya, Cənubi Afrika, İndoneziya, Meksika, Almaniya və bir sıra digər dünya əhalisinin üçdə birini təşkil edən 14 ölkədə 14 min nəfər arasında uşaq sahibi olmaq planları ilə bağlı sorğu aparılıb. Tədqiqata aşağı, orta və yüksək gəlir səviyyəsi olan insanlar daxil edilib. Sorğuda həm gənclər, həm də reproduktiv yaşda olmayan insanlar iştirak edib. Hər beşinci respondent istədiyi sayda uşaq sahibi ola bilmədiyini bildirib. Respondentlər uşaq sahibi olmamağın və ya çox uşaq sahibi olmağın əsas səbəbi kimi maddi çətinliklər və yaşayışın baha olmasını göstəriblər”, - məlumatda bildiriblər.

Xəbər lenti