Bu miqrantlar Rusiyanı tərk etsin – Nazir
İşini itirən, universitetdən xaric edilən və barmaq izi müayinəsindən keçməyən miqrantlar Rusiyanı tərk etməlidirlər.
Gundem.az xəbər verir ki, bunu Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev deyib.
“Küçələrdə və ya yaşayış sektorunda qeyri-qanuni miqrantlar olmamalıdır. İşini itirən, universitetdən xaric edilən, barmaq izi alınmayan, dil öyrənməyən və Rusiya cəmiyyətinə heç bir faydası olmayanlar ölkəmizi tərk etməlidirlər”, - nazir bildirib.