Image

Makron Hindistana səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron fevralın 17-19-da Hindistana səfər edəcək və  Baş nazir Narendra Modi ilə görüşəcək.Bu barədə "Reuters" agentliyi Hindistan XİN-in bəyanatına istinadən məlumat yayıb.

Modi və Makron Hind-Sakit okean regionunda əməkdaşlıq da daxil olmaqla, qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə edəcəklər.

Fransa Prezidenti həmçinin Dehlidə keçiriləcək "AI Impact Summit"də iştirak edəcək.

Mənbə: anews.az

Xəbər lenti