Image

Əhalinin gəlirləri artıb

Bu ilin yanvarında Azərbaycanda əhalinin nominal gəlirləri 6 milyard 478,2 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 % çoxdur.

Məlumat Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən açıqlanıb.

Rəsmi statistikaya görə, son bir ildə adambaşına düşən nominal gəlir də 8,2 % artaraq 631 manata çatıb.

Xəbər lenti