Image

Şahdəniz layihəsində etibarlılıq göstəricisi 100%-dir - Bp rəsmisi

Azərbaycanın Şahdəniz qaz yatağı şirkətin qlobal biznes portfelində mühüm yer tutur və bu yataqdan hasil olunan qazın böyük hissəsi xarici bazarlara ixrac edilir. Bunu BP şirkətinin istehsal və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell bildirib.

O, media üçün keçirilən brifinqdə qeyd edib ki, hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və bu tədarükün əsas hissəsi məhz Şahdəniz layihəsi hesabına təmin edilir.

Birrellin sözlərinə görə, layihədə istismar olunan obyektlərin etibarlılıq göstəricisi 100% səviyyəsindədir, bu isə təhlükəsiz və fasiləsiz istehsalı təmin edir.

BP rəsmisi əlavə edib ki, Şahdəniz layihəsi onun üçün şəxsi baxımdan da xüsusi əhəmiyyət daşıyır.

“Şahdəniz layihəsində şəxsi marağım da var. Çünki bu yataqdan ixrac olunan qazın təxminən 10%-i mənim ölkəm olan İtaliyaya göndərilir”, - o bildirib. 

 Şahdəniz Xəzər dənizində yerləşən və Azərbaycanın ən böyük qaz yataqlarından biridir. Layihə Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropa bazarlarına çatdırılmasında əsas mənbə hesab olunur.

Gülnar Nazimqızı 

Xəbər lenti

Sabahın hava proqnozu