Image

Sabah 2 rayonun bəzi kəndləri qazsız qalacaq

Sabah Salyan və Hacıqabul rayonlarının bir sıra küçə və kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Salyan şəhərinin M.F.Axundov, C.Cabbarlı, Ə.Quliyev (Plassmas massiv) küçələrinin və rayonun Arbatan, Qaraqaşlı, Cəngən, Beşdəli və Xocalı kəndlərinin, həmçinin Hacıqabul rayonunun Rəncbər və Qubalı Baloğlan kəndlərinin qaz təchizatında müvəqqəti dayandırılacaq.

Xəbər lenti

Bu yol 2 gün bağlı olacaq