Image

Antalyada meşə yanğını başlayıb

Türkiyənin Antalya vilayətində meşə yanğını başlayıb.Bu barədə DHA məlumat yayıb.

Yanğının söndürülməsinə ilkin mərhələdə 3 helikopter, 4 yanğınsöndürən avtomobil, 2 su çəni və 2 ilkin müdaxilə maşını, həmçinin 50 texniki əməkdaş və yanğınsöndürən cəlb edilib.

Hazırda yanğının nəzarətə götürülməsi istiqamətində işlər davam etdirilir.

Mənbə: anews.az

Xəbər lenti