Rusiya və Ukrayna Belarusda mülki şəxslərin mübadiləsini həyata keçirib
Rusiya və Ukrayna arasında növbəti mülki şəxslər mübadiləsi Belarus ərazisində həyata keçirilib.Bu barədə BELTA xəbər verir.
Humanitar mübadilə çərçivəsində Rusiyaya 8, Ukraynaya isə 7 nəfər qaytarılıb.
Mübadilə Belarus-Ukrayna sərhədində yerləşən “Novaya Quta” buraxılış məntəqəsində baş tutub.
Mənbə: anews.az