Media nümayəndələri WUF13-ə hazırlıqla tanış olublar
Media nümayəndələri Bakı Olimpiya Stadionunda keçiriləcək BMT-nin XIII Ümumdünya Şəhər Forumu — WUF13-ə hazırlıq prosesi ilə tanış olublar.
Mediatur zamanı bildirilib ki, forumun açılış və bağlanış mərasimlərinin keçiriləcəyi zal 6 minədək iştirakçı qəbul edə biləcək.
Forumun ümumi əməliyyat ərazisi 53 hektardır. Bunun 43 hektarı əsas tədbir məkanı, 10 hektarı isə nəqliyyat terminalı və parklanma-transfer zonası üçün ayrılıb.
WUF13 meydançası “şəhərcik” formatında təşkil olunub.
Ərazidə media mərkəzi, dəyirmi masa, xüsusi sessiya və dialoq tədbirləri üçün zallar, həmçinin canlı yayım, müsahibə və mətbuat konfransları üçün məkanlar yaradılıb.
Forum pavilyonlarında 41 ölkə təmsil olunacaq, Azərbaycanın pavilyonunun sahəsi isə 1 500 kvadratmetr təşkil edəcək.
N.Təbrizli