Yaşı 65-dən yuxarı kişilər ən çox Sədərəkdə, ən az Masallıdadır
Azərbaycanda kişilərin sayı 5 milyon 89 min 378 nəfər təşkil edir ki, bu da ölkə əhalisinin 49,8%-nə bərabərdir. Son rəsmi statistikaya görə, onların 445 min 403 nəfərinin və ya 8,8%-nin yaşı 65 və daha yuxarıdır. Bu barədə yeniavaz saytı məlumat paylaşıb.
Məlumatlara əsasən, yaşı 65-dən yuxarı olan kişilərin ümumi kişi əhalisində payı regionlar üzrə fərqlənir. Bu göstərici ən yüksək Sədərək rayonunda qeydə alınıb. Burada kişi əhalisinin 16,1%-i 65 yaşdan yuxarıdır.
Ən aşağı göstərici isə Masallı rayonunda müşahidə olunub. Rayonda kişilərin 6,9%-nin yaşı 65 və daha yuxarıdır.
Statistikaya görə, Azərbaycanda cəmi beş şəhər və rayonda 65 yaşdan yuxarı kişilərin payı ümumi kişi əhalisinin 10%-ni ötür.

Mənbə: anews.az