Image

Azərbaycanda kriptovalyutalar haqqında qanun ilin sonunadək qəbul oluna bilər

Azərbaycanda kriptoaktivlərin tənzimlənməsini nəzərdə tutan qanun layihəsi ilin sonunadək qəbul oluna bilər. Bu barədə Mərkəzi Bankın Maliyyə Texnologiyaları və İnnovasiyalar Departamentinin direktoru Fidan Tofidi bildirib.

Onun sözlərinə görə, virtual aktivlər və kriptovalyuta bazarları haqqında qanun layihəsinin son versiyası artıq hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim edilib.

“Əgər hər şey yaxşı getsə, ilin sonuna qədər ölkəmizdə kripto haqqında qanun qəbul ediləcək”, - deyə Tofidi bildirib.

O qeyd edib ki, kriptoaktivlərin tənzimlənməsi həm Azərbaycan, həm də dünya üçün nisbətən yeni sahədir.

N.Təbrizli

Mənbə: anews.az

Xəbər lenti

Bu ərazidə işıq olmayacaq