Image

Bu ərazidə işıq olmayacaq

Sabah Bakının Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində yerləşən Qapalı Paylayıcı Qurğularda təmir-təftiş işləri aparılacaq.Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Mikayıl Əliyev küçəsinin bir hissəsinə elektrik enerjisinin verilişi dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.

Mənbə: anews.az

Xəbər lenti

Bu ərazidə işıq olmayacaq