Image

Putin: Kiyev döyüş əməliyyatlarını dörd regionla məhdudlaşdırmağı təklif edib

Kiyev hərbi əməliyyatların Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətləri ilə məhdudlaşdırılmasını təklif edib, lakin Moskvanın məqsədi Ukrayna hakimiyyətini xilas etmək deyil. Bunu Rusiya prezidenti Vladimir Putin bildirib. Putinin sözlərinə görə, Ukrayna ordusunda kadr çatışmazlığı "fəlakətli həddə" çatıb və Kiyev belə bir variantı öz qüvvələri üçün çıxış yolu hesab edir. "Bizim planlarımızın bir hissəsi Kiyev rejimini xilas etmək deyil", - Putin deyib. Rusiya prezidenti həmçinin bildirib ki, Moskva Sumı və Xarkov vilayətlərinin sərhəd bölgələri boyunca təhlükəsizlik zonası yaratmaq niyyətindədir. Onun sözlərinə görə, Ukrayna Kursk vilayətinə hücumun əvəzini ərazi itkisi ilə ödəyəcək. Putin əlavə edib ki, Rusiya qüvvələrinin əsas vəzifəsi Donbas və Moskvanın "Novorossiya" adlandırdığı ərazilərin "qəti şəkildə azad edilməsi"dir. Ukrayna tərəfi Putinin açıqlamalarına dərhal münasibət bildirməyib və Reuters bu bəyanatları müstəqil şəkildə təsdiqləyə bilməyib. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti

Bu ərazidə işıq olmayacaq