Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd ola bilər
Böyük Britaniyanın istefa vermiş Baş naziri Kir Starmer gələcəkdə NATO-nun baş katibi vəzifəsinə namizədliyini irəli sürməyi nəzərdən keçirir.Bu barədə "The Observer" qəzeti məlumat yayıb.
Məlumata görə, britaniyalı siyasətçi 2028-ci ildə keçiriləcək seçim zamanı bu posta namizəd olmağı planlaşdırır.
Hazırda NATO-nun baş katibi vəzifəsini Mark Rutte icra edir. Mənbələrin bildirdiyinə görə, Starmerin planlarının reallaşması üçün Böyük Britaniya rəhbərliyinin onun namizədliyinə uzunmüddətli dəstək verməsi vacib hesab olunur.
Mənbə: anews.az