Image

Kobaxidze: Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əlaqələrin gücləndirilməsi vacibdir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan, Gürcüstan və Türkiyə arasında, xüsusilə nəqliyyat və regional bağlantılar sahəsində strateji əlaqələrin daha da gücləndirilməsinin vacib olduğunu açıqlayıb. Kobaxidze bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əlaqələrin, o cümlədən nəqliyyat infrastrukturu sahəsində əlaqələrin daha da gücləndirilməsi son dərəcə vacibdir. Biz bunun üçün hər şeyi edirik və etməyə davam edəcəyik”, - Gürcüstan hökumətinin başçısı bildirib.

Onun sözlərinə görə, Gürcüstanın həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərində “çox yaxşı dinamika” var və Tbilisi bu istiqamətdə fəal fəaliyyətini davam etdirəcək.

Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri regional nəqliyyat və enerji bağlantılarıdır. Üç ölkə Bakı-Tbilisi-Qars dəmir yolu və digər regional infrastruktur layihələrində əməkdaşlıq edir. 2026-cı ilin iyununda Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsindən sonra tam gücü ilə istifadəyə verilməsi də regionun nəqliyyat bağlantılarının genişləndirilməsi baxımından mühüm addım olub.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Sabah 36 dərəcə isti olacaq