Image

Paşinyan: yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda ölkəsindən Azərbaycana məhsul ixracının başlayacağını açıqlayıb.  Paşinyan bu barədə jurnalistlərə açıqlamasında Ermənistanla Azərbaycan arasında hazırda yalnız idxalın həyata keçirilməsi ilə bağlı suala cavab verərkən deyib.

“Əminəm ki, yaxın vaxtlarda Ermənistan Respublikasından Azərbaycana da ixrac həyata keçiriləcək”, - Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, iki ölkə arasında qarşılıqlı ticarət məsələsi gündəmdədir. O, bununla belə, Azərbaycana hansı məhsulların ixrac ediləcəyinə dair konkret məlumat verməyib.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Sabah 36 dərəcə isti olacaq