Image

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti buğda tədarükü həyata keçirilib.Bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Mətbuat xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, 6 vaqondan ibarət, ümumi çəkisi 420 ton olan buğda ötən gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb.

İndiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 40 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 min ton taxta göndərilib.

Bununla yanaşı, Azərbaycandan Ermənistana indiyədək 15 min tona yaxın dizel yanacağı, 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac olunub.

Mənbə: anews.az

Xəbər lenti

Prezident fərman imzalayıb

Sabah 37 dərəcə isti olacaq