Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 560 ton buğda göndəriləcək.
Anews.az xəbər verir ki, 8 vaqondan ibarət yük avqustun 15-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınacaq.
İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 42 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 min ton taxta göndərilib.
Bundan əlavə, Azərbaycandan Ermənistana indiyədək 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac olunub.
Mənbə: anews.az