Image

Azərbaycanda hansı rayonlarda daha çox maaş verilir? - siyahı

Azərbaycanda ən yüksək orta aylıq nominal əməkhaqqı Xankəndi şəhərində 1 644,3 manat, ən aşağı göstərici isə Qax rayonunda 584,7 manat olub. Bu barədə Dövlət Statistika Komitəsinin yeddi aylıq hesabatında qeyd olunub. 

Beləliklə, Xankəndi ilə Qax arasında orta əməkhaqqı fərqi 1 059,6 manat təşkil edir. Xankəndidə orta əməkhaqqı Qaxla müqayisədə 2,8 dəfə yüksəkdir.

Bakıda orta aylıq nominal əməkhaqqı 1 487,3 manat olub ki, bu da ölkə üzrə orta göstəricidən 312,9 manat və ya 26,6% çoxdur. 

Xankəndidən sonra yüksək orta əməkhaqqı Daşkəsən rayonunda qeydə alınıb - 1 248,6 manat.

Xocavənddə orta aylıq əməkhaqqı 1 143,8 manat, Füzulidə 1 097,5 manat, Zəngilanda 1 046,9 manat, Gədəbəydə 1 027,6 manat təşkil edib.

Sumqayıtda göstərici 986,7 manat, Naxçıvanda 964,1 manat, Şirvan şəhərində 946,4 manat, Qubadlı rayonunda isə 908 manat olub.

Ən aşağı orta aylıq əməkhaqqı Qax rayonunda 584,7 manat olub. Bu, ölkə üzrə orta göstəricidən 589,7 manat və ya 50,2% azdır.

Balakəndə orta aylıq əməkhaqqı 642,4 manat, Zərdabda 646 manat, Xızıda 648,5 manat, Ağstafada 655,6 manat, Ağcabədidə 655,8 manat, Göyçayda 657,7 manat, Masallıda 660,1 manat, Beyləqanda 665,8 manat, Ağdaşda isə 673,5 manat təşkil edib.

İqtisadi rayonlar arasında Abşeron-Xızıda orta aylıq nominal əməkhaqqı 913,2 manat, Şərqi Zəngəzurda 845 manat, Şirvan-Salyanda 805,8 manat, Gəncə-Daşkəsəndə 803,3 manat olub.

Qazax-Tovuz iqtisadi rayonunda göstərici 769,9 manat, Qarabağda 751,1 manat, Quba-Xaçmazda 745,6 manat, Dağlıq Şirvanda 719,9 manat, Lənkəran-Astarada 707,9 manat, Mərkəzi Aranda 705,7 manat, Mil-Muğanda 704,9 manat təşkil edib.

Şəki-Zaqatala iqtisadi rayonunda orta aylıq nominal əməkhaqqı 688,3 manatla iqtisadi rayonlar arasında ən aşağı göstəricilərdən biri olub.

Dövlət Statistika Komitəsinin daha əvvəl açıqladığı məlumata görə, 2026-cı ilin yanvar-may aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 175 manat olub və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,3% artıb.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Neft bahalaşıb