Image

Birinci Qarabağ müharibəsinin 5 itkin-şəhidi avqustun 21-də dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti sonradan müəyyənləşdirilmiş daha 5 azərbaycanlı şəhidin nəşi torpağa tapşırılacaq. Bu barədə Əsir və itkin düşmüş, girov götürülən vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Məlumata görə, aparılan eyniləşdirmə tədbirləri nəticəsində şəxsiyyəti dəqiqləşdirilən şəhidlər — Məmmədov Çümşüd Həsənxan oğlu, İsmayılov Sərdar Cəfər oğlu, Məhərrəmov Vaqif Mənsim oğlu, Nərimanov Mürşüd Nadir oğlu və Qurbanov Akif Cəbrayıl oğlunun dəfn mərasimləri avqustun 21-də keçiriləcək.

Mənbə: anews.az

Xəbər lenti

Neft bahalaşıb