Image

Super El Nino" 2027-ci ili tarixin ən isti ilinə çevirə bilər

Sakit okeanda formalaşan "El Nino" təbiət hadisəsinin son 150 ilin ən güclülərindən birinə çevrilə biləcəyi barədə xəbərdarlıqlar edilir. Okeandan atmosferə böyük həcmdə istiliyin ötürülməsinin qlobal istiləşmə ilə birləşməsi nəticəsində 2027-ci ilin tarixdə ən isti il olacağı proqnozlaşdırılır. Bu barədə ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) hesabatına istinadən xəbər verir.

NOAA-nın qiymətləndirməsinə görə, oktyabr-dekabr dövründə çox güclü "El Nino" baş verməsi ehtimalı 81 faizdir və prosesin 2027-ci ilin yazına qədər davam edəcəyi gözlənilir.

Alimlər qlobal orta temperaturun sənayedən əvvəlki dövrlə müqayisədə 1,7 dərəcə Selsi artacağını bildirirlər ki, bu da 1,5 dərəcəlik kritik həddi xeyli üstələyir.

Təbiət hadisəsi Amazon hövzəsində quraqlıq, bir sıra digər regionlarda isə dağıdıcı daşqınlar yaradaraq kənd təsərrüfatına zərbə vuracaq.

"Goldman Sachs" analitikləri xəbərdarlıq edir ki, "Super El Nino" səbəbindən (xüsusilə Hindistanda mussonların zəifləməsi fonunda düyü, buğda və şəkər qamışı istehsalının azalması ilə) qlobal ərzaq qiymətləri 15,8 faizədək bahalaşa bilər və bu təsirlər 2028-ci ilə qədər davam edəcək.

N.Təbrizli

 

Mənbə: anews.az

Xəbər lenti

Neft bahalaşıb