"By Ella" ləqəbli bloqer barəsində həbs qətimkan tədbiri seçilib
Sosial şəbəkələrdə "By Ella" ləqəbi ilə tanınan bloqer Lalə İlham qızı Məmmədova hava limanında saxlanılaraq məhkəmə qarşısına çıxarılıb. Bu barədə "nikal.az xəbər verir.
Məlumata görə, ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) ilə rəsmi ittiham irəli sürülüb.
Səbail Rayon Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatına baxılıb və Məmmədova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Mənbə: anews.az