BƏƏ İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) regional gərginliyin artması fonunda İranla bütün ticarət, kommersiya və maliyyə əməliyyatlarını növbəti xəbərdarlığa qədər dayandırıb. Bu barədə BƏƏ Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qərar regional və beynəlxalq sülh və təhlükəsizliyə xələl gətirən eskalasiya ilə əlaqədardır.
Nazirlik İranla iqtisadi münasibətlərin vəziyyəti ilə bağlı yayılan iddiaları rədd edib və regionda sülh, sabitlik və rifahın təşviqi üçün dialoq, əməkdaşlıq və regional inteqrasiyaya sadiqliyini təsdiqləyib.
BƏƏ son illərdə İranla iqtisadi və diplomatik əlaqələrin inkişaf etdirilməsi istiqamətində addımlar atıb. İki ölkə arasında diplomatik münasibətlər 2022-ci ildə səfir mübadiləsinin bərpası ilə daha yüksək səviyyəyə yüksəlib.
Gülnar
Mənbə: anews.az