Image

Türkiyədə deputat bıçaqlanıb, vəziyyəti ağırdır

Türkiyənin Qaziantep şəhərində millət vəkili Melih Meriç bıçaqlı hücuma məruz qalıb və ağır yaralanıb. Bu barədə TRT Haber məlumat yayıb.

Məlumata görə, hücumu CHP-nin Oğuzeli rayon təşkilatının keçmiş sədri Seydi Ahmet Keleşin törətməkdə şübhəli bilindiyi bildirilir.

Meriç Qaziantep Şəhər Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Onun həyati təhlükəsinin olduğu bildirilir.

Təhlükəsizlik kameralarının görüntülərində Meriç ilə şübhəli arasında mübahisə və daha sonra əlbəyaxa dava baş verdiyi görünür. Məlumata görə, deputat hadisə zamanı şəxsi mühafizəçisi olmadan olub.

Polis hadisə yerindən qaçan şübhəlinin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri aparır.

Mənbə: anews.az

Xəbər lenti