Image

Azərbaycan ehtiyacı olan ölkələrə humanitar dəstəyi davam etdirir - XİN

Azərbaycan ehtiyacı olan insanlara və ölkələrə humanitar dəstək göstərməyə davam edir.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi 19 avqust – Beynəlxalq Humanitar Yardım Günü münasibətilə "X" hesabında paylaşım edib.

"Azərbaycan beynəlxalq həmrəylik və humanizm prinsiplərini rəhbər tutaraq ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməyə, çətinliklərin aradan qaldırılmasına töhfə verməyə davam edir", – paylaşımda qeyd olunub.

Mənbə: anews.az

Xəbər lenti