Bəzi çaylardan sel keçəcək - xəbərdarlıq
Avqustun 20-si gündüzdən 21-i gündüzədək Azərbaycanın bəzi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, yağıntılar şimal və qərb rayonlarından başlayacaq.
Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir.
"Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur", - məlumatda qeyd olunub
Mənbə: anews.az