Image

Kolleclərə qeydiyyat prosesi başlayıb

 

Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə qəbul olunan şəxslərin qeydiyyatına başlanılıb.

Elm və Təhsil Nazirliyinin məlumatına görə, qeydiyyat 19 avqust saat 15:00-dan 31 avqust saat 18:00-dək my.gov.az platforması üzərindən aparılacaq.

Nazirlik bildirib ki, tələbə qəbulu üçün qeydiyyat yalnız elektron platforma vasitəsilə həyata keçirilir.

Şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olan şəxslər my.gov.az-da qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqələrini yeniləməlidirlər.

15 yaşı tamam olmayan vətəndaşlar isə platformada şəxsi kabinetlərini “SİMA rəqəmsal imza” vasitəsilə yaratmalıdırlar.

Mənbə: anews.az

Xəbər lenti