Image

Bərdədə yol qəzası olub, xəsarət alanlar var

Bərdədə baş verən yol qəzasında 2 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, "Mercedes" və "Lada" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində Bərdə rayonu Zümürxan kənd sakinləri; 1957-ci il təvəllüdlü Nəbiyeva Nərgiz Mahmud qızı və 1978-ci il təvəllüdlü Xudaverdiyev Zaur Zabil oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzanın başvermə səbəbi araşdırılır.

Mənbə: anews.az

Xəbər lenti