Image

Anasını öldürməkdə şübhəli bilinən Elvin Məmmədov insultdan ölüb

Avqustun 1-də anasını qətlə yetirməkdə şübhəli bilinərək həbs edilən Elvin Məmmədov xəstəxanada ölüb. Bu barədə Sabunçu Tibb Mərkəzindən məlumat verilib. 

"21 avqustda Penitensiar Xidmət əməkdaşlarının müşayiəti ilə tibb müəssisəsinə gətirilən 1992-ci il təvəllüdlü Məmmədova beyin qan dövranının işemik insult tipli pozulması diaqnozu qoyulub. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun avqustun 23-də saat 16:00 radələrində bioloji ölümü qeydə alınıb", - məlumatda deyilir. 

Elvin Məmmədov avqustun 1-də anası ilə bağlı ölüm hadisəsi üzrə şübhəli şəxs qismində saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 Məmmədov 2021-ci ildə İstanbulda vəfat edən “NİDA” Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun qardaşı olub.

Mənbə: anews.az

Xəbər lenti

Peskov Paşinyana cavab verib