Image

Ağdamda minalanmış sahədə yanğın başlayıb

Ağdamda genişmiqyaslı yanğın başlayıb.

"Report"un məlumatına görə, hadisə rayonun Abdal-Gülablı kəndində baş verib.

Yanğın qısa müddətdə 30 hektar əraziyə yayılıb.

Əraziyə Ağdam və Xocalı rayonlarının yanğınsöndürənləri cəlb edilib. Ərazinin minalı olması yanğına müdaxiləni çətinləşdirir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Mənbə: anews.az

Xəbər lenti