Cənubi Sudanda BMT-nin 2 sülhməramlısı öldürülüb
Cənubi Sudanın Conqley ştatında BMT-nin patrul dəstəsinə hücum nəticəsində iki sülhməramlı öldürülüb.
"Reuters" xəbər verir ki, bu barədə BMT-nin Cənubi Sudandakı missiyası (UNMISS) məlumat yayıb.
Bildirilib ki, naməlum silahlı şəxslər Pajut yaşayış məntəqəsinə gedən patrula hücum edib. Hadisə nəticəsində daha yeddi nəfər yaralanıb. Yaralananlar arasında üç sülhməramlı, Cənubi Sudan Milli Polis Xidmətinin iki əməkdaşı və iki mülki işçi var.
UNMISS-in rəhbəri Anita Kiki Qbeho hücumu pisləyib və hadisə ilə bağlı operativ araşdırma aparılmasına çağırıb. O bildirib ki, BMT sülhməramlılarına hücumlar beynəlxalq hüquqa əsasən hərbi cinayət təşkil edə bilər.
Mənbə: anews.az