İran rialı1 dollar üçün 2 milyon olub
İran rialı qara bazarda 1 dollar üçün 2 milyon rial həddini keçərək tarixi antirekordunu yeniləyib. Bu barədə Bloomberg agentliyinə istinadən "Vesti.az" məlumat verir.
İqtisadi böhran fonunda ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni genişmiqyaslı sanksiyalar paketi hazırlayır. ABŞ-nin maliyyə naziri Skott Bessent Financial Times nəşrindəki məqaləsində bu addımı dünya tarixinin ən böyük iqtisadi təcrid planı və "iqtisadi D-Day" adlandırıb.
Məlumata görə, ABŞ-nin dəniz blokadası səbəbindən İranın neft ixracı faktiki olaraq dayanıb, yüklənmiş tankerlər Fars körfəzindən çıxa bilmir. Malayziya sahillərində cəmi 4 milyon barreli satılmamış 40 milyon barrel İran nefti gözləməkdədir. Əsas ticarət tərəfdaşlarından biri olan BƏƏ isə İranla bütün maliyyə əməliyyatlarını dayandırıb.
N.Təbrizli
Mənbə: anews.az