Image

Rusiya Ermənistan dəmir yollarının konsessiyasını 400 milyon dollara sata bilər

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Rusiyanın Ermənistan dəmir yollarının idarəetmə konsessiyasını təxminən 400 milyon dollara sata biləcəyini bəyan edib.

"Biz Rusiya ilə açıq danışırıq, heç nəyi gizlətmirik və dəmir yolları məsələsində qarşılıqlı anlaşmanın yaranmasını istəyirik. Qənaətimə görə, bu gün həmin konsessiya hüququnu təxminən 400 milyon dollara satmaq imkanı mövcuddur və bu, yaxşı fürsətdir", — deyə Paşinyan bildirib.

Hökumət başçısı İrəvanın Rusiyanın maraqlarına hörmətlə yanaşdığını, lakin başqa ölkənin maraqlarını öz milli maraqlarından üstün tutmağın məntiqsiz olduğunu vurğulayaraq Moskvanı bu addımı atmağa çağırıb.

N.Təbrizli

 

Mənbə: anews.az

Xəbər lenti

Peskov Paşinyana cavab verib