Image

Tibetdə sel nəticəsində 16 nəfər ölüb, 500-dən çox şəxs itkin düşüb

Çinin Tibet Muxtar Rayonunun Şiqadze şəhər dairəsində baş verən sel nəticəsində 16 nəfər ölüb, 546 nəfər itkin düşüb.Bu barədə "Xinhua" regional hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, itkin düşənlər arasında 23 ölkənin 261 vətəndaşı da var.

Regionda təbii fəlakətlərə qarşı ən yüksək səviyyəli fövqəladə vəziyyət rejimi tətbiq edilib. Çin hökuməti axtarış-xilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün 120 milyon yuan (təxminən 18 milyon ABŞ dolları) vəsait ayırıb.

Axtarış-xilasetmə əməliyyatlarına 2 100-dən çox nəfər cəlb olunub. Onların arasında Çin Xalq Azadlıq Ordusunun və Xalq Silahlı Polisinin hərbçiləri, eləcə də aidiyyəti dövlət qurumlarının əməkdaşları var.

Çin-Nepal sərhədində baş verən təbii fəlakət nəticəsində Nepalda ölənlərin sayı 675 nəfərə çatıb. Ölkədə 2 498 nəfərin itkin düşdüyü bildirilir.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb