Albaniyada son 24 saat ərzində 34 meşə yanğını baş verib
Albaniyada son 24 saat ərzində 34 meşə yanğını qeydə alınıb.Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğınlardan 5-i hazırda aktivdir, 2-si isə nəzarətdə saxlanılır.
Yanğınların söndürülməsi və nəzarətə götürülməsi işlərinə 481 fövqəladə hallar əməkdaşı və 44 yanğınsöndürən texnika cəlb olunub.
Əməliyyatlara dəstək məqsədilə Albaniya Silahlı Qüvvələrinin 105 hərbçisi, 2 xüsusi yanğınsöndürmə texnikası, 3 helikopter və 1 “Air Tractor” təyyarəsi də cəlb edilib.
Hazırda aktiv yanğınlar əsasən Tirana və Diber bölgələrində qeydə alınır.
Dajti dağında yenidən aktivləşən üç yanğın ocağının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əraziyə 25 yanğınsöndürən və Silahlı Qüvvələrin 20 hərbçisi göndərilib.
Mənbə: anews.az