Image

Qırmızı Körpüdə 43 836 ədəd bəyan edilməmiş dərman vasitəsi aşkarlanıb

Tovuz Gömrük İdarəsinin əməkdaşları “Qırmızı Körpü” gömrük postunda bəyan edilmədən ölkəyə keçirilməsinə cəhd göstərilən 43 836 ədəd dərman vasitəsi aşkarlayıblar.Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, gömrük postundan ölkəyə daxil olan yük nəqliyyat vasitəsinə baxış keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsinin qoşqusunda kustar üsulla hazırlanmış gizli saxlanc yerindən gömrük orqanına bəyan edilməyən 11 adda 43 836 ədəd dərman vasitəsi aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb

Kəlbəcərə dolu yağıb