Image

Bakı-Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu gün planlaşdırılan bir sıra Bakı-Naxçıvan-Bakı reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb.Bu barədə AZAL-dan məlumat verilib.

Bildirilib ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrası bərpa ediləcək. Sərnişinlər uçuş cədvəlində mümkün dəyişikliklər barədə məlumatlandırılacaq.

"Naxçıvanın coğrafi mövqeyi və dağlıq relyefi bölgədəki meteoroloji şəraitin uçuş əməliyyatlarına təsirini artırır. Güclü külək, küləyin istiqamətinin qəfil dəyişməsi və ildırım aktivliyi təyyarələrin qalxma və enmə mərhələlərində əlavə risklər yarada bilər.

Şirkətin məlumatına görə, reyslərin təxirə salınması və ya ləğvi barədə qərarlar yalnız hava limanındakı vəziyyətə əsasən deyil, marşrut boyunca, eləcə də qalxma və enmə hava limanlarında mövcud və proqnozlaşdırılan hava şəraiti nəzərə alınmaqla qəbul edilir.

Belə meteoroloji hallar uçuşların təhlükəsizliyinə ciddi təsir göstərə bildiyindən, ekipaj və əməliyyat xidmətləri beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun qərarlar qəbul edirlər", - məlumatda qeyd olunub. 

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb