Pezeşkian sabah Qırğızıstana səfər edəcək
İran Prezidenti Məsud Pezeşkian sabah Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkekə səfər edəcək.Bu barədə IRIB xəbər verir.
Pezeşkianı səfər zamanı yüksəksəviyyəli nümayəndə heyəti müşayiət edəcək.
İki günlük səfər çərçivəsində İran Prezidentinin ŞƏT sammitində çıxış etməsi və bir sıra ölkə liderləri ilə görüşlər keçirməsi nəzərdə tutulur.
Pezeşkianın Rusiya Prezidenti Vladimir Putinlə də görüşəcəyi gözlənilir.
Mənbə: anews.az