Bakıda leysan yağacaq,rayonlara dolu düşəcək
Bakıda və Abşeron yarımadasında avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək fasilələrlə yağış yağacağı, bəzi yerlərdə yağışın leysan xarakterli olacağı gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yarımadanın bəzi ərazilərində şimşək çaxacağı, avqustun 31-də isə yağışın intensiv və güclü olacağı ehtimal edilir.
Azərbaycanın rayonlarında da qeyri-sabit hava şəraitinin sentyabrın 1-dək davam edəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı bildirilir. Ayrı-ayrı ərazilərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna edilmir.
Mənbə: anews.az