Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb
Rusiyanın Dağıstan Respublikasında 24 yaşayış məntəqəsi və İzberbaş şəhərinin bir hissəsində elektrik enerjisinin verilişi kəsilib.Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstan üzrə Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, elektrik enerjisinin verilişində yaranan problem Unçukulski, Xunzaxski və Tsumadinski rayonlarının 24 yaşayış məntəqəsini, həmçinin 32 904 nəfərin yaşadığı şəhər dairəsini əhatə edib.
Qəzanın aradan qaldırılması işlərinə 15 mütəxəssis və beş texnika cəlb olunub.
Elektrik enerjisinin verilişinin bazar günü saat 18:00-dək bərpa ediləcəyi gözlənilir.
Mənbə: anews.az