Image

Şimali Kiprdə üç günlük matəm elan edilib

Girnə-Taşucu reysini həyata keçirən sərnişin gəmisinin Girnə sahillərində qəzaya uğrması və insan itkisinə səbəb olmasına görə Şimali Kiprdə üç günlük milli matəm elan edilib.Bu barədə "Haber Global" məlumat yayıb.

Şimali Kiprin Baş naziri Ünal Üstel Girne sahillərində batan sərnişin gəmisi ilə bağlı apardıqları istintaq çərçivəsində gəmi kapitanı və 7 əməkdaşın saxlanıldığını açıqlayıb.

Girnə şəhəri sahillərində baş vermiş gəmi qəzasında 8 nəfər həyatını itirib, 237 nəfər xilas olunub. Xilas olunanlar arasında iki Azərbaycan vətəndaşı da var.

Mənbə: anews.az

Xəbər lenti

Bu ərazilərdə qaz olmayacaq

Sabahın hava proqnozu