Azərbaycanda 13 ali məktəbdə plan yerləri tam dolub
Bu il tələbə qəbulu aparılan 41 mülki ali təhsil müəssisəsindən 13-də plan yerləri 100% dolub. Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə sosial media hesabında məlumat verib.
Bildirilib ki, ali təhsil müəssisələrinin dördündə plan yerlərinin dolma göstəricisi 99%, daha dördündə isə 98% təşkil edib. Ümumilikdə 34 ali təhsil müəssisəsində plan yerlərinin 95%-dən çoxu tutulub.
Məleykə Abbaszadənin məlumatına görə, ali təhsil müəssisələri üzrə plan yerlərinin 97,71%-i dolub. Nəticədə 1 393 plan yeri, yəni ümumi yerlərin təxminən 2%-i boş qalıb.
Mənbə: anews.az