Image

BepiColombo missiyası Merkuriyə çatmağa hazırlaşır

Avropa və Yaponiya kosmik agentliklərinin birgə BepiColombo missiyası tezliklə Günəş sistemində ən az tədqiq olunmuş planetlərdən biri olan Merkuriyə çatacaq.

2018-ci ildə başlanmış missiyaya iki kosmik gəmi daxildir: Avropa MPO və Yaponiyanın Mio. Onlar Merkurinin səthini, minerallarını, maqnit sahəsini və nazik atmosferini öyrənəcəklər.

Alimlər xüsusilə planetin cənub hissəsinin ətraflı öyrənilməsini və su buzunun mümkün izlərinin aşkarlanmasını səbirsizliklə gözləyirlər.

Aytac Zeynalova 

Mənbə: anews.az

Xəbər lenti

Sabah 35 dərəcə isti olacaq