Image

Avqustda Bakı metrosundan 13 milyondan çox sərnişin istifadə edib

 

Bu ilin avqust ayında Bakı metrosunda 13 milyondan çox sərnişin səfəri qeydə alınıb, bu, ötən ilin eyni ayı ilə müqayisədə 12,22% azdır.  Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Avqust ayında ən çox sərnişinə “Koroğlu” stansiyası xidmət göstərib. Stansiyadan 1 milyon 400 min 424 sərnişin istifadə edib.

Avqustun 3-ü 548 min 751 sərnişinlə ayın ən çox sərnişin daşınan günü olub.

Ay ərzində NFC və QR bilet vasitəsilə 6 milyon 802 min 45 ödəniş həyata keçirilib. Bu ödənişlər metrodan istifadə edən sərnişinlərin 53,5%-ni təşkil edib. Göstərici iyul ayı ilə müqayisədə 0,5 faiz bəndi artıb.

“Əlçatan metro” xidməti çərçivəsində avqust ayında 79 sifariş icra olunub.

“Bakı Metropoliteni” QSC avqustun 15-dən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi üzrə əsas tikinti mərhələsinə başlayıb. Tikinti işlərinin təxminən 10-11 ay davam edəcəyi və bu müddətdə “Nizami–28 May” stansiyaları arasında qatarların hərəkət etməyəcəyi bildirilib.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 35 dərəcə isti olacaq