Image

ABŞ İranın üç tankerinə zərbələr endirib

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ Hərbi Dəniz Qüvvələrinin iki gəmisinə ballistik raketlərlə hücumundan sonra üç İran neft tankerinə zərbələr endirildiyini bildirib.Bu barədə CENTCOM-un yaydığı məlumatda deyilir.

Məlumata görə, ABŞ qüvvələri sentyabrın 5-də SEPAH-ın regional sularda patrul xidməti aparan iki ABŞ hərbi gəmisinə raket zərbələri endirməsindən sonra üç İran neft tankerini hədəfə alıb.

CENTCOM bildirib ki, İranın hücumları ABŞ-ın təyyarədaşıyan gəmisinə və idarəolunan raket esminesinə zərər vurmayıb, ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.

ABŞ qüvvələri Xark adası yaxınlığında “Downy” tankerini, Cask şəhəri yaxınlığında isə “Stark 1” tankerini sıradan çıxarıb. Oman körfəzində isə heyətə gəmini tərk etmək əmri verildikdən sonra yüksüz “Kylo” tankerinə bir neçə zərbə endirilib və gəmi məhv edilib.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb