Zelenski Uitkoff ilə Kuşnerin Moskvaya və Kiyevə səfər edəcəyini təsdiqləyib
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və prezident Donald Trampın kürəkəni Cared Kuşnerin öncə Moskvaya, bazar günü isə Kiyevə səfər edəcəyini təsdiqləyib.Zelenski bu barədə "Telegram" kanalında yazıb.
"Biz bu səfərə hazırlaşırıq. Geniş diplomatik komandamızla, xüsusilə ABŞ tərəfi ilə işləyən nümayəndələrlə müşavirə keçirdik", - Zelenski bildirib.
O qeyd edib ki, ABŞ nümayəndələrinin əvvəlki diplomatik səfərlərində olduğu kimi, onların təhlükəsizliyini təmin etmək məqsədilə Rusiya hava məkanının normal fəaliyyətini təmin edəcəklər.
Zelenski Rusiyanı da danışıqların aparılması və ABŞ nümayəndə heyətinin səfəri ilə bağlı logistika məsələlərinin həlli üçün lazım olan müddətdə hava zərbələrini dayandırmağa çağırıb.
"Bizim məqsədimiz ABŞ tərəfi ilə maksimum konstruktiv və məzmunlu səfər və danışıqlardır. Bu müharibəni başa çatdırmaq üçün real variantlar axtarmaq lazımdır. Görək Stiv və Caredin hansı təklifləri var və Moskvada onlara nə cavab verəcəklər", - Ukrayna Prezidenti deyib.
Mənbə: anews.az